Dəmirdaşdan Ərdoğana jest: "Onlar yanıldılar"

 
Bizləri tankla, topla girov götürəcəklərini düşünənlər yanıldılar.
 
Axar.az xəbər verir ki, bunu HDP sədri Səlahəddin Dəmirdaş “Çevrilişə yox, indi demokratiya” mitinqində çıxışı zamanı deyib.
 
“Buradan bütün siyasi partiya liderlərinə çağırış edirik. Gəlin, müxalif qüvvələri nəzərə alaq. Yeni konstitusiyanı birlikdə yaradaq. 7-dən 70-ə hər kəs hərbi xuntanın nə olduğunu gördü. Çevriliş cəhdinə qarşı sərt mövqe sərgiləyən bütün partiya liderlərinə təşəkkür edirəm”, - Dəmirdaş bildirib.
 
Qeyd edək ki, Türkiyədənin iqtidar və müxalifət partiyaları 15 iyul dövlət çevrilişinə cəhdi kəskin şəkildə qınayıb, sərt mövqe sərgiləmişdilər.