Dəmirdaş PKK və türk dövlətinə səsləndi

 
Kürd HDP lideri Səlahəddin Dəmirdaş Türkiyədə çevriliş təhlükəsinin hələ də davam etdiyini açıqlayıb.
 
Axar.az xəbər verir ki, kürd lider PKK və hökuməti qarşıdurmalara son verməyə çağırıb:
 
“PKK və hökumətdən silahların susdurulmasını tələb edirik, əsgər və polisin silahlarını təhvil verməsini yox. Kürd problemi heç vaxt silahla həll olunmayacaq. Bu qədər baş verən hadisələrdən sonra hökumət də, PKK da bunu anlamalı idi.
 
Çevriliş təhlükəsi davam edir. 15 iyulda hərbi çevriliş edə bilməyən FETÖ-cular, Ərdoğan düşmənləri hələ də var”.
 
Qeyd edək ki, ekspertlər HDP liderinin bu tip “mülayim” açıqlamalarını Suriyada və ölkə daxilində terrorçulara qarşı uğurlu mübarizə aparan rəsmi Ankaraya təsir göstərmək istəyi ilə izah edir.