“Dəmirbank”ın Müşahidə Şurasındakı dəyişikliyin ŞOK SƏBƏBİ

“Dəmirbank”ın Müşahidə Şurasındakı dəyişikliyin ŞOK SƏBƏBİ“MTN işi” çərçivəsində aparılan araşdırmalar niderlandlı “qara para ovçusu” Dik Snayders haqda ciddi faktları üzə çıxarıb
 
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun “Dəmirbank”la qaranlıq əlaqələri haqqında “Hürriyyət”də yazmışdıq. Dəyərli oxucularımızın diqqətinə çatdırmışdıq ki, bu bankın Çovdaovla əlaqələri ilə bağlı “Hürriyyət”ə daxil olan şok məlumatlar əməkdaşlarımız tərəfindən araşdırılır və yaxında MTN generalının qohumu, “Dəmirbank”ın İdarə Heyətinin sədri Roman Əmircanovla qanunsuz işbirliyi haqda geniş məlumat verəcəyik. Odur ki, söz verdiyimiz kimi, əlimizdə olan bir sıra faktları oxucularımızla bölüşməyi qərara aldıq.
Xatırladaq ki, hələ Akif Çovdarov həbs olunan zaman generalın qudası – Roman Əmircanov vasitəsi ilə külli miqdarda maliyyə vəsaitini leqallaşdıraraq, “Qafqaz İnkişaf Bankı”nın Tiflis fililalına köçürdüyü haqda məlumatlar verilirdi. Həmin vaxt qeyd olunurdu ki, buna görə Roman Əmircanov ciddi nəzarətə alınıb və tezliklə həbs edilə bilər...
“Dəmirbank”ın Müşahidə Şurasındakı dəyişikliyin ŞOK SƏBƏBİ
Qeyd edək ki, “Dəmirbank”ın İdarə Heyətinin sədri Roman Əmircanov Akif Çovdarovun kürəkəni, “MTN işi” çərçivəsində işdən azad edilən qurumun şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanovla yaxın qohumdur. Rəşad Əmircanov 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş, ”Əməkdar iqtisadçı” Əmircan Əmircanovun kiçik oğludur. R.Əmircanov Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin də yaxın qohumudur...
Bundan öncəki yazımızda qeyd etmişdik ki, Roman Əmircanov hələ 1986-cı ildən bank sektorunda, 1991-ci ildən “Dəmirbank”ın İdarə Heyətinin sədr müavini, 1994-cü ildən İdarə Heyətinin sədri olsa da, onun qohumu Akif Çovdarovla “işbirliyi” son illərə təsadüf edib. Bu haqda əməkdaşımızı bilgiləndirən mənbə iddia edirdi ki, 2005-ci ildən bu yana R.Əmircanov istər A.Çovdarovun, istər də ona yaxın olan məmurların yüz milyonlarla dollar pulunun “yuyulmasında” yaxından iştirak edib. Əlbəttə, bu işdə Roman Əmircanov tək olmayıb. Bu pulların ölkədən çıxarılmasında “Dəmirbank”ın Müşahidə Şurasının əcnəbi üzvləri Andrey Vitak (Andrej Witak), Dik Snayders (O, “MTN işi” çərçivəsində aparılan araşdırmalardan sonra “Dəmirbank”ın Müşqahidə Şurası üzvlüyündən kənarlaşdırılıb və onu Ferdinand Tuinstra əvəz edir. Bu haqda az sonra... – müəl.) və Kurt Qeiqerin (Kurt Geiger) ayrı-ayrılıqda və müxtəli zamanlarda xüsusi rolları olub.
Məlumat üçün bildirək ki, “Dəmirbank”ın Müşahidə Şurasının üzvü olan Andrey Vitak 1990-cı ildən bank sektorunda çalışır. 1997-ci ildən 2007-ci ilədək (Avropa Yenidənqurma və İnkişaf Bankı) AYİB-də Baş Bankir vəzifəsində fəaliyyət göstərib. 2007-ci ildən müxtəlif bankların Müşahidə Şurasında məsləhətçi kimi çalışır.
“Dəmirbank”ın Müşahidə Şurasının digər üzvü Dik Snayders əvvəllər Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) Müşahidə Şurasının Sədri vəzifəsində işləyib. Hazırda SFP-nin Təqaüd Fondu Şurasının Sədri kimi fəaliyyət göstərir.
Müşahidə Şurasının üzvü Kurt Qeiqer 1971-ci ildə Avropa Kollecinə daxil olmaqla Beynəlxalq Maliyyə üzrə magistr dərəcəsinə layiq görülüb. O, alman, ingilis, ispan, fransız dillərində sərbəst danışır.
Kurt Qeiqer də “Çeyz Manhetten”, AYİB kimi böyük maliyyə təşkilatlarında yüksək vəzifələrdə çalışıb. 2009-cu ildən “Dəmirbank”ın Müşahidə Şurasının üzvüdür.
 
“Qara para ovçusu” kimi tanınan Dik Snayders...
 
“Dəmirbank”ın Müşahidə Şurasındakı dəyişikliyin ŞOK SƏBƏBİ
Ötən yazımızda da qeyd etmişdik ki, “Dəmirbank” Müşahidə Şürasının əcnəbi üzvləri arasında niderlandlı Dik Snaydersin adı avropalı media nümayəndələrinə daha yaxşı tanışdır. Çünki o, özünün də qurulmasında iştirak etdiyi ofşor şirkətlər vasitəsilə Azərbaycan kimi ölkələrdən milyardlarla “çirkli pullar”ın çıxarılmasında “usta” olub. Təsadüfi deyil ki, onun bu fəaliyyəti ilə bağlı Avropanın nüfuzlu media orqanlarında dəfələrlə geniş araşdırma yazıları dərc olunub. Lakin Dik Snayders hər dəfə bu qaranlıq işlərin içərisindən də ustalıqla çıxmağı bacarıb.
Xatırladaq ki, Dik Snayders hələ “Dəmirbank”ın (keçmiş “Azərdəmiryolbank”-red.) Мüşahidə Şurasının üzvü kimi ölkəmizdə fəaliyyətə başlayanda onun qaranlıq əməlləri barədə mətbuat yazmışdı. Həmin vaxt Avropada daha çox məşhur “Liverpul” futbol klubunun xəzinədarı kimi tanınan Snaydersi, sonradan Azərbaycanda da “tanımağa” başladılar. Amma bu dəfə onu nə futbol azarkeşləri, nə də bank işçiləri tanıdı. Onu tanıyanlar daha çox xalqdan oğurladıqları yüz milyonlarla dolların ölkədən çıxarılmasında Dik Snaydersin xidmətindən yararlanan korrupsioner məmurlar oldu və bu zaman da ölkədə “qılıncının dalı da, qabağı da kəsən” Akif Çovdarovla Roman Əmircanovun qohumluq əlaqələri işə yaradı…
“Dəmirbank”ın Müşahidə Şurasındakı dəyişikliyin ŞOK SƏBƏBİ
Əlbəttə, “Dəmirbank”ın Müşahidə Şurasının digər əcnəbi üzvləri Andrey Vitak və Kurt Qeiqerin fəaliyyəti heç də Dik Snaydersdən şəffaf olmayıb. Bu haqda yazmışdıq ki, hər iki əcnəbinin adı da öz ölkələrində, eləcə də Avropanın nüfuzlu mətbu orqanlarında “çirkli pullar”ın yuyulmasında hallanıb. Hansı ki, biz dı bütün bunlarla bağlı apardığımız araşdırmalar nəticəsində şok faktlar əldə etmişik. Lakin bu yazımızda əsasən, Müşahidə Şurasının üzvü, Avropada “qara para ovçusu” kimi tanınan Dik Snaydersin hansı səbəbdən “Dəmirbank”dan uzaqlaşdırıldığına aydınlıq gətirməyə çalışacağıq...
“Dəmirbank”ın Müşahidə Şurasındakı dəyişikliyin ŞOK SƏBƏBİ
Müşahidə Şurasında qəfil dəyişiklik...
 
Öncə onu qeyd edək ki, Dik Snaydersi əvəz edın Ferdinand Tuinstranın bank sahəsindəki fəaliyyəti adını çəkdiyimiz digər həmkarlarından fərqli olaraq kifayət qədər şəffafdır. Yəni, ən azı bizim əlimizdə onun qaranlıq fəaliyyıti haqda heç bir fakt yoxdur...
Məlumat üçün bildirək ki, 2 iyun 1966-cı ildə anadan olan Ferdinand Tuinstra 1989-cu ildə Louvain Universitetini MBA dərəcəsi ilə bitirib. 2010-cu ildə Nyu York Universitetində Risk menecmenti üzrə magistr dərəcəsinə layiq görülüb.
Ferdinand Tuinstra Moskvada Intesa KMB Bankında Risklərin idarəedilməsi üzrə direktor, ABN AMRO Bankında Avropa, Yaxın Şərq və Afrika ölkələrində kənd təsərrüfatı sahələrinin maliyyələşdirilməsi üzrə direktor, Kiyev Beynəlxalq Bankında İdarə Heyəti Sədrinin müavini vəzifələrində çalışıb.
Hal-hazırda Dünya Bankı Qrupunda (İFC) risk menecmenti, maliyyə strukturu, strategiya, idarəçilik sahələri üzrə müstəqil Baş Bank Məsləhətçisi kimi çalışır və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bankları üzrə aparıcı ekspert kimi fəaliyyət göstərir.
 
Milyardlarla dollar ölkədən necə çəxarılıb?
 
“Dəmirbank”ın Müşahidə Şurasındakı dəyişikliyin ŞOK SƏBƏBİ
Əldə etdiyimiz məlumata görə, “MTN işi” çərçivəsində “Dəmirbank”ın nəzarətə götürülməsi çox ciddi faktları ortaya çıxarıb. Belə ki, bu zaman araşdırmaçılar xüsusən də Dik Snaydersin bankla olan əlaqələrinə böyük diqqət yetiriblər. Hansı ki, bütün bunlardan öncə “Hürriyyət” onun qaranlıq fəaliyyətinə kifayətə qədər işıq salmışdı. Elə sonrakı araşdırmalar nəticəsində bəlli olub ki, “Hürriyyət” yazanlar tamamilə gerçəkdir və niderlandlı “qara para ovçusu”nin əli ilə Azərbaycandan çox böyük məbləğdə pullar çıxarılıb.
Qeyd edək ki, mənbə bu məbləğin milyardlarla ölçüldüyünu vurğulayır. Onun sözlərinə görə, bu pullar ənənəvi olaraq Dik Snaydersin yaradılmasında iştirak etdiyi ofşor şirkətlər vasitəsilə çıxarılıb. Bu pulların da böyük əksəriyyəti Azərbaycan məmurlarına və ölkədə qısamüddətli “milyarder” adı qazanan müəyyən şəxslərə aid olub.
Mənbə deyir ki, bütün bu faktlar aşkara çıxarıldıqdan sonra, təbii olaraq “Dəmirbank”ən Müşahidə Şurasında əvəzlənmə aparılması zərurəti meydana gəlib. Nəticədə Müşahidə Şurasının üzvü Dik Sneyders 27 fevral 2016-ci tarixindən etibarən Ferdinand Tuinstra ilə əvəzlənib.
Bundan əlavə, Dik Snayders barəsində beynəlxalq səviyyədə araşdırma aparıldığı da vurğulanır. İstisna olunmur ki, bu araşdırmalar davamlı olarsa, Azərbaycanla bağlı daha ciddi faktların üstü açıqlacaq.
Hətta o da istisna olunmur ki, Azərbaycanın rəsmi müraciəti olarsa, onun həbs məsələsi də gündəmə gələ bilər. Lakin Azərbaycanın belə bir addım atacağı da inandırıcı görünmür. Çünki, bu zaman D.Snayders özünü xilas etmək üçün Azərbaycan hakimiyyətinin rəhbərliyində olan bir çox məmurlarla bağlı ciddi faktları açıqlaya bilər. Belə olduğu təqdirdə isə bəzi məmurlarla yanşı, ölkəmizin beynəlxalq imici də təhlükə altına düşə bilər. Görünür, məhz bu səbəbdən də “Dəmirbank” probleminin həllinə tamamilə məxfi şəkildə nail olmağa üstünlük verilib.
Bununla belə, hazırda araşdırmaların heç də sona çatdığını demək olmaz. Əksinə, yaxında “Dəmirbank”la əlaqədar daha ciddi problemlərin işıq üzünə çıxacağı istisna olunmur. Hansı ki, hazırda biz bu faktların bəziləri ilə tanışıq və növbəti saylarımızda bu haqda daha geniş məlumat verəcəyik...
 
RƏŞAD
Redaksiyadan: Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.