"Dəmirbank" əmanətləri necə qaytaracaq? - RƏSMİ MƏLUMAT

Baxış sayı: 
160

"Dəmirbank" ASC-nin əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaq.
Publika.az xəbər verir ki, bu barədə "Dəmirbank"ın rəsmi Feysbuk səhifəsində məlumat yayılıb.
Qeyd edilir ki, digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra, müvafiq növbəlilik prinsipinə əsasən aparılacaq. Bununla bağlı mütəmadi olaraq bankın rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə məlumat veriləcək.

Загрузка...
Загрузка...