​Dəmir yolunda işıqlar kəsildi, qatarlar yolda qaldı

 
 
 “Azərbaycan Dəmir Yolları”nda problem yaranıb.
 
Missiya.Az xəbər verir ki, səhər saat 7 radələrində dəmir yolu xəttində elektrik enerjisi kəsilib, bir neçə qatar yolda qalıb.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Musavat.com-a faktı təsdiqləyib. Onun sözlərinə görə, saat 7.10-da elektrik enerjisinin verilməsində fasilə yaranıb. Nəticədə Balakən-Bakı, Tiflis-Bakı sərnişin qatarları, eləcə də, Bakı-Sumqayıt-Bakı elektrik qatarı yolda qalıb. Fasilə yarım saat davam edib. Nadir Əzməmmədov əlavə edib ki, artıq problem aradan qaldırılıb, qatarlar ləngimə ilə olsa da, hərəkətini davam etdirib.

Загрузка...
Загрузка...