​Dəlixanadan təhlükəli canilər qaçıb: ÖLKƏ QORXU İÇİNDƏ

 
    
 
Almaniyada psixi xəstəxanadan təhlükəli cinayətkarlar qaçıb.
 
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, hadisə ölkədə seçki günü açıqlanıb.
 
Belə ki, Roytlinqen şəhərində məhķəmənin nəzarətində olan xəstəxanadan 3 təhlükəli cani qaçıb gizlənməyi bacarıb.
 
Onlar bunun üçün radiatorun arxasında çala qazıblar. Qaçanların adı və törətdikləri cinayətlər açıqlanmır.
 
Axtarış tədbirlərinə 40 polis və təlim görən it cəlb edilib.
 
Xəzər
Cebhe.info

Загрузка...
Загрузка...