Diz üstündə dayanan Hitlerin heykəli 17 mln. dollara satılıb

İtalyan rəssam Mauritsio Kattelanın işi olan Adolf Hitlerin diz üstündə dayandığı qalmaqallı məşhur heykəli Christie's hərracında 17,2 mln. dollara satılıb.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Hündürlüyü 101 sm olan "O" adlı heykəl 15 il əvvəl mum və qatrandan hazırlanıb.
ABŞ-da işləyən italyan rəssam Mauritsio Kattelan bildirib ki, öz işini məhv etmək istəyib. Onun sözlərinə görə, "O" heykəli şərin təcəssümünü təsvir edir.
Buna baxmayaraq, heykəlin satışı Kattelan üçün şəxsi rekord olub: bundan əvvəl onun ən bahalı əl işi 7.9 mln. dollara satılıb.