Direktorla aktyorun məhkəməsi başlayır

Baxış sayı: 
202

Bu gün İrəvan Dövlət Dram Teatrından qanunsuz şəkildə çıxarıldığını iddia edən tanınmış aktyor Əjdər Zeynalov və adıçəkilən teatrın direktoru İftixar Piriyevin məhkəmə prosesi baş tutacaq.
Publika.az xəbər verir ki, bu barədə aktyorun vəkili Adəm Orucov məlumat verib.
O, saytımıza açıqlamasında bildirib ki, bu proses ictimaiyyətin diqqət mərkəzindədir: “Teatrın direktoru İftixar Priyevin qondarma ittihamla işdən çıxardığı tanınmış aktyor Əjdər Zeynalovun məhkəmə prosesi bu gün saat 16-da baş tutacaq. Bütün sənət adamlarının, ictimaiyyətin diqqət mərkəzində olan bu proses noyabrın 14-dən başlayıb. Əjdər bəyin hüquqları tapdalanıb. İnşallah haqq-ədalət öz yerini tapacaq".
Qeyd edək ki, Ə.Zeynalov mətbuata açıqlamasında işdən şəxsi maraqlar naminə çıxarıldığını bildirib.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...