Diqqət: Qapınızı döyüb, bu disklə sizi zəhərləyə bilərlər – Foto

 
 
Sosial şəbəkələrdə bəzi şəxslərin evlərə Quran surələrinin əks olunduğu disklər payladığı haqda məlumat yayılıb.
 
Axar.az xəbər verir ki, məlumatı yayanlar diskin fotosunu da paylaşaraq, bu diskləri açan şəxslərin zəhərləndiyini bildirirlər. Hətta iddiaya görə, diski açan bir ailə bütünlüklə zəhərlənib və hazırda onlar xəstəxanadadırlar.
 
Maraqlıdır ki, zəhərlənən ailənin kimliyi açıqlanmır. Həmçinin Votsapda səsli mesajla çat bölümünə göndərilən və sürətlə paylaşılan bu məlumatın ilkin mənbəyi də məlum olmadığından, polis məsələyə hər hansı münasibət bildirməyib. Belə ki, zəhərlənmə faktı (kimlərin zəhərləndiyi) və evlərə diskin doğrudan da paylanılıb-paylanılmadığı bilinmir.
 
Bütün hallarda isə vətəndaşlardan diqqətli olmaları tələb olunur. Əgər bu məlumat doğrudursa və kimsə belə bir disk alarsa, dərhal DİN-in 102 “qaynar xətt”inə məlumat verməsi tövsiyə olunur.

Загрузка...
Загрузка...