DİQQƏT! İçdiyimiz su orqanizmi belə məhv edir - FOTOLAR

İçdiyimiz suyun tam şəkildə filtrlənməsi insan sağlamlığına ziyan vura bilər. Bunu uzun araşdırmalar aparan Amerika alimləri deyib.
Publika.az xəbər verir ki, tədqiqatçıların gəldiyi nəticəyə görə, içməli su tam təmizləndiyi zaman mikroorqanizmlərlə yanaşı, tərkibində olan faydalı minerallar da məhv olur.
 
 
Hazırda istifadə olunan filtrlər suyu dərin səviyyədə təmizləmir. Müasir üsullar suyun tərkibində olan bakteriyaları təmizləməklə kifayətlənirlər. Eyni zamanda suyun tərkibində olan azota çevrilən nitrat insan sağlamlığına bakteriyalar qədər ziyan vurmur. 1 il boyunca suyun tərkibində bakterial dezoksiribinuklein turşusunu və bakteriyaları araşdıran tədqiqatçılar bu mikroorqanizmlərin artımının içməli suyun keyfiyyətini də artırdığını deyiblər.
Mütəxəssislər xüsusi diqqəti suyun turşuluq dərəcəsinin azalmasına yönləndiriblər. Ekspertlər müəyyən ediblər ki, suyun turşuluq dərəcəsinin normadan artıq azaldılması suyun tərkibində mənşəyi bəlli olmayan bakteriyaların yaranmasına səbəb olur. Bununla da içməli su vasitəsilə insan orqanizminə daxil olan bakteriyalar mədə-bağırsaq yollarında xroniki xəstəliklərə, hətta xərçəng çöplərinin yaranmasına gətirib çıxarırlar.
 
 
Plastik butulkalarda satılan sular sözügedən mikroorqanizmləri özündə birləşdirir. Beləliklə, yüksək temperaturda qaynadılan zaman suyun tərkibində olan bakteriyalar çürümür və birbaşa insan orqanizmini zəhərləyir.
Burdan da belə qənaətə gəlmək olar ki, mətbəxdə istifadə etdiyimiz bütün ləvazimatlar - qaşıq, bıçaq, stəkanlar hamısı sanki kanalizasiyadan çıxarılmış kimi effekt verir.
Könül Cəfərli

Загрузка...
Загрузка...