​"Dini radikalizm xalqı bir-birinə qarşı qoyan amillərdir" -QMİ sədrinin birinci müavini

 
 
"Dini radikalizm və bölücülük xalqı, ictimaiyyəti bir-birinə qarşı qoyan amillərdir. Biz bu gün İslam aləmində bunun təzahürünü görürük".
 
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin l müavini, müfti Salman Musayev bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyin ilk illərində dini radikalizmi yaymaq istəyən qüvvələr üçün sanki bir poliqona çevrilmişdi: "Çünki Azərbaycan sünni və şiə məzhəbinin nümayəndələrinin yaşadığı həssas bölgələrdən idi. Amma ziyalılarımız buna imkan vermədilər. Bundan başqa, həmin dövrdə xaricə gedib dini təhsil alan azərbaycanlı gənclər ölkəyə qayıtdıqdan sonra radikalizm meylləri yaratmağa cəhd etdilər. Onlar bölücülük yaratmaq fikri, təsiri ilə Azərbaycana gəlib iş görməyə başladılar. Bu da Azərbaycan gənclərinin müəyyən hissəsinin son dövrlərdə İslam aləmində mənfi istiqamətə gedən proseslərə yönlənməsində öz işini gördü".
 
S.Musayev deyib ki, QMİ təhlükəni əvvəlcədən gördüyündən dövlət qurumlarına bunun qarşısının alınması ilə bağlı müraciət edib: "Ancaq bununla belə, problemə vaxtında diqqət yetirilməməsindən təəssüflənirik. Son nəticələr isə göz qarbağındadır".

Загрузка...
Загрузка...