DİN: Şəxsiyyət vəsiqələri dəyişdirilir - Rəsmi xəbər

Baxış sayı: 
64

Ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər respublikanın Bərdə, Qazax, Şəmkir, Yevlax, Şəki, İsmayıllı, Qusar, Şamaxı, Zərdab, Tərtər, Sumqayıt, Xızı şəhər  və rayonlarında baş tutub. 
Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 2 min nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib, 2100 şəxsin isə müvafiq sənədləri qəbul olunub.
Analoji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.  

Загрузка...
Загрузка...