DİN Qazax, Sumqayıt və Bakıda səyyar xidmət göstərib

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
 DİN-in mətbuat xidmətindən verilən məlumata görə, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbirlər Qazax və Sumqayıt şəhərlərində, həmçinin paytaxtın Qaradağ, Suraxanı və Səbail rayonlarında baş tutub.
 Səyyar xidmətlər zamanı ümumilikdə 1650-yə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib.