DİN Lotu Qulini Rusiyaya kral gətirir - Şok

Baxış sayı: 
298

 
Məlum olduğu kimi, Lotu Quli ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Rusiya tərəfindən beynəlxalq axtarışa verilib. O 2015-ci ilin dekabrında iş adamı Kamal Quliyevin qaçırılmasında ittiham olunur. Quliyevin yaxınlarından Lotu Quli 10 milyon avro tələb edib.
 
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, bu hadisə zamanı Quliyev xoşbəxtlikdən heç bir xəsarət almadan onu qaçıran Maqsud Qurbanovla birlikdə qaçmağa nail olub.
 
Quliyevin sözlərinə görə, o, Qurbanovu pulun köməyi ilə bu yoldan çəkindirə bilib. Qurbanov qısa zaman sonra həbs olunub.
 
Lotu Qulinin Azərbaycanda azadlığa buraxılmasına az müddət qalmış Qurbanov istintaqla əməkdaşlığa razılıq verib. O, mühafizə və həbs müddətinin azaldılması qarşılığında Quliyə qarşı ifadə verəcəyini bildirib.
 
Lotu Qulinin bu məsələyə görə beynəlxalq axtarışa verilməsi müəmmalıdır. O, ömrünün 23 ilini həbsxanada keçirib. Bu səbəbdən Qulinin həbsdən qorxmadığını dəqiq söyləmək olar. Hətta məhkəmə prosesi keçirilsə belə, zərərçəkənlərdən heç birinin Qulini barmaqla göstərməyə cəsarəti çatmaz. Bəs Rusiya Daxili İşlər Nazirliyi bununla nə etmək istəyir?
 
Bəzi versiyalara görə, bu, ötən il qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşlarının Quliyə qarşı intiqam hissi ilə bağlıdır. Zaur və Namiq Caniyevlər Türkiyədə məskunlaşan Quliyə qarşı sui-qəsdə cəhd etmişdilər.
 
Digərləri isə Rusiya rəhbərliyinin Şakro Molodoyun yerinə Lotu Qulini gətirmək istədiyini iddia edir. Şakronun həbsi ilə bağlı Rusiya İstintaq Komitəsində kifayət qədər sübutlar var. Qulinin azadlıqda olması Şakronu kölgədə qoyur. Ona görə də Şakronun uzun müddət həbsxanada qalacağı bildirilib. Bu səbəbdən Rusiya kriminal aləminin kralının Lotu Quli olacağı da istisna edilmir.
 
Qulinin həbsi məsələsinə gəlincə Rusiya DİN onu ölkəyə adi formada dəvət edə bilməzdi. Bu, Rusiya üçün ağır nəticələnərdi. Ona görə də Rusiya DİN bu yolla Qulini ölkəyə gətirmək və bütün kriminal vəziyyəti ona tapşırmaq fikrindədir.
 
Müəllif: Samir

Загрузка...
Загрузка...