​DİN: Bu gecə klubu qəsdən yandırılıb – Video

Baxış sayı: 
186

Dekabrın 19-da Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kafenin yanması faktı ilə əlaqədar görülmüş müvafiq tədbirlər və aparılan araşdırmalarla yanğının qəsdən törədilməsi müəyyən edilib.
 
DİN-dən Axar.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayonunun Zərdabi kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Qənbəri Quba Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda kafe kimi fəaliyyət göstərən ikimərtəbəli binada baş vermiş yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Загрузка...
Загрузка...