Diktator “qardaşının” prezident sarayına da yol tapdı: Evin içində təbliğat

 
Koreya yarımadası ətrafında cərəyan edən proseslər maraqlı məcrada inkişaf edir.
 
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Cənubi Koreyanın Seuldakı Prezident Sarayında Şimali Koreyada hazırlanan vərəqələr tapılıb.
 
Təşviqat xarakterli materiallar rəsmi iqamətgahda aşkar edilib. “Mavi Ev”in mətbuat katibliyi bu barədə xəbəri yerli “Yepxan” agentliyinə təsdiqləyib.
 
Vərəqələrdə Cənubi Koreya rəhbərliyi Vaşinqtonla hərbi əməkdaşlıqda ittiham edilir. Təkcə prezident sarayında yox, bəzi küçələrdə də eyni təbliğat materialları aşkarlanıb.  Onların hava şarı vasitəsilə atıldığı güman edilir.
 
Bu, prezident iqamətgahına yönəlik ilk belə təbliğatdır.
 
Qeyd edək ki, Şimali Koreyanın hərəkətlərinin rəsmən və ictimai qaydada dəstəklənməsi Cənubi Koreyada cinayət sayılır.
 
Xəzər
Cebhe.info

Загрузка...
Загрузка...