"Diaspor fəaliyyətimizə mane olanlara baş qoşmuruq, "it hürər, karvan keçər" deyirik"

Baxış sayı: 
129

 
 
Bakının Brend Media jurnalında Ulyanovsk regional Azərbaycan milli mədəni muxtariyyətinin sədri İslam Hüseynovun geniş müsahibəsi dərc olunub.
 
Moderator.az həmin müsahibəni təqdim edir.
 
- İslam Hüseynov kimdir? Kim olmaq istəyirdi və kim oldu?
 
- Mən rusiyalı azərbaycanlıyam. Bu iki amil, yəqin ki, daha çox mənim fərdiliyimi müəyyənləşdirir və mən necə varamsa onu əks etdirir. Mən özümü tarixi vətənimdən, onun dilindən, mədəniyyətindən, adətlərindən,bu və ya digər məsələyə özünəməxsus yanaşmadan ayrı hesab edə bilmərəm. Mən bütün bunları özümdə birıəşdirmişəm. Və  artıq əsrin dörddə biri qədər, bütün şüurlu həyatımı Rusiyada yaşayıram. Bura da mənim evimdir, mənim vətənimdir, onun üçün ürəyim ağrayır, həyəcan keçirirəm. Heydər Əliyev möhtəşəm tarixi, siyasi və mənəvi irs qoyub, amma şəxsən mən  daha çox ikimininci illərin əvvəllərində Azərbaycan və Rusiya arsında əlaqələrin faciəvi dalandan çıxardığına görə ona minnətdaram. Mən təsəvvür edə bilmirəm ki, əgər bizim xalqlar qarşılıqlı qardaşlıq əlaqələrini qorumasaydılar, mən necə yaşayardım, necə özümü hiss edərdim. Amma, Allaha şükür ki, onlar bacardılar. Məhz buna görə də ömrümün əhəmiyyətli hissəsini bu dostluğun möhkəmlənməsinə həsr etmişəm. Onun üçün də diplomatiya və siyasət sadə söz deyil- bu  mənim qəlbimin dərinliyindən keçir.
 
- Təhsil və idman- bunları necə birləşdirə bildiniz və nəticələrə nail oldunuz?
 
- Burda qeyri-adi nəyinsə olduğunu düşünmürəm. Allah insana bir istedad vermir, belə olsaydı darıxdırıcı olardı. Hər şey özünü təşkillənmədən, qarşına qoyduğun məqsəd və vəzifə bacarığından asılıdır. Mənimlə bağlı motivasiya sadə və güclü idi: güclü və ağıllı olmaq əladır. Ona görə də özümü çox da məcbur etməmişəm.
 
- İdman ustası və ordunun sərt qanunları – idman ustasə adı Sizə kömək etdimi?
 
- Adlar və mülki rütbənin orduda faktiki olaraq bir mənası yoxdur- bu ayrı dünyadır. Burda başqa kordinatlar rol oynayır, əvvəlki xidmətlər sıfırlaşır. Amma, özünü sübut etməlisən və fiziki hazırlıq çox kömək elədi. Güc və dözümlülük- əsgər uğurunun əsas amillərindən biridir.
 
- 90-cı illərin əvvəli: səbəb nə oldu ki, Ulyanovska gəldiniz?
 
- Mən Çuvaşiyada, Ulyanovsk yaxınlığında xidmət etmişəm. Bir neçə dəfə orda da oldum, şəhər xoşuma gəldi. Ordudan sonra enerji ilə dolu idim, nələrsə etmək istəyirdim. Dostlar məsləhət gördü ki, Ulyanovska gəlib bizneslə məşğul olum. Mən də qərar verdim.  Fikirləşməzdim ki, bu şəhər mənə çox doğma olacaq.  Tale belə gətirdi və Ulyanovsk mənim doğma şəhərim oldu.
 
 -Milli birliyin təşkilatçılığını etmək, asandır, yoxsa çətin?
 
- Böyük əmək asan ola bilməz. İctimai iş əvvəllər xobbi kimi gəlsə də, sonralar bu işin böyük məsuliyyətini diqtə edir. O deyir: “Çox şeyə nail olmaq istəyirsən? Çox çalış, çox əmək ver”. Vərəsəliklə  sərvət, status, mövqe, əlaqələr  əldə edə bilərsən. Amma, heç zaman vərəsəliklə  şəxsiyyət olmağı ala bilməzsən-onu daxilində tərbiyə edib böyütməlisən. Bu çətindir. Amma, bunsuz adamları bir yerə toplayıb heş həyət də süpürtdürə bilməzsən. 
 
- Azərbaycan mədəniyyətini Rusiyada təbliğ etmək üçün çox işlər görmüsünüz. Hansı anları daha çox fərqləndirmək istərdiniz?
 
- Biz fəxr edirik ki, bizim təşəbbüsümüzlə  milli liderimiz  Heydər Əliyevə Pusiyada ilk dəfə Ulyanovskda heykəl ucaldılıb. 2009-cu ildə  Rusiya və Azərbaycan prezidentləri heykəlin təntənəli şəkildə açılışını etdilər. Heykəlin tam yaxınlığında 78 nömrəli məktəb var.2015-ci ildə bizim xahişimizlə həmin məktəbə Heydər Əliyevin adını verdilər. Azərbaycan diasporu bu məktəbin müəllim və şagirdləri ilə sıx əlaqə saxlayır, dostluq edir. Məktəbin həyətində Azərbaycanın milli tarixi və mədəni muzeyi var, həm də “bazar günləri məktəbi” də fəaliyyət göstərir. Burda bizim uşaqlar doğma dilini öyrənirlər. 2010-cu ildə Heydər Əliyev fondu məktəbə diqqət yetirdi və  məktəbin əsaslı təmiri üçün 20 milyon rubl vəsait ayırdı. Bu gün də Ulyanovskda  Fondun prezidenti Mehriban Əliyevanın ünvanına  təşəkkürlər söyləyirlər. İdmana xüsusi diqqət ayırırıq.  Şəhər yarışlarında iştirak edən “Neftçi” mini-futbol komandası yaratmışıq . 2014-cü ildə “Xalqlar dostluğu” parkında Azərbaycan sahəsini yaratdıq. Mədəniyyəti unutmuruq- müntəzəm olaraq Müslüm Maqomayevin xatirə gecələrini keçiririk. Hər il şəhərdə Novruz bayramı keçiririk, bizim icma da hər zaman əsas təşkilatçı olur. Iki uşaq evini himayə edirik. Şəhər günündə, Donor günündə , sərgilərdə, yarmarkalarda, idman yarışlarında iştirak edirik. Kollektiv şəkildə Azərbaycan xalqının xatırə günlərini- Respublika gününü, Heydər Əliyevin doğum və ölüm günlərini, Xocalı faciəsini və başqalarını qeyd edirik. Azərbaycan diasporasının nüfuzunu bölgədə qaldırmaq və vilayətin birinci şəxslərinin etibarını qazanmaq böyük nailiyyətdir. 
 
- Diaspora fəaliyyətində Azərbaycandan və səfirlikdən hansı köməyi alırsınız?
 
-  Qeyd etdiyim kimi Ulyanovskda Heydər Əliyev Fondunun gücü və Mehriban xanımın təşəbbüsü ilə orta məktəbi təmir etmişik və nəticədə ümummilli liderin adı verilib məktəbə. Fond tərəfindən  məktəbə kompyuter sinfi də hədiyyə edilib. O ki, qaldı səfirliyə.., Prezident İlham Əliyev qurultayda qeyd etdi ki, səfirlik diaspora işində əsas rol oynamalıdır və biz də bu mövqeyi dəstəkləyirik. İşlədiyimiz müddətdə səfirliklə dəfələrlə əlaqə qurmuşuq, bəzən uğurlu, hərdən də uğursuz olub. Bir şey aydındır ki, qarşılıqlı əlaqələr güclənməlidir-bu İlham Əliyevin kursudur.
 
- Siz Heydər Əliyev meydanının yaradılmasına sponsorluq etmisiniz. Kömək etdiyiniz adamların üzündəki xoşbəxtliyi görəndə hansı hissləri keçirirsiniz?
 
- Bunu xüsusi olaraq qabartmaq düzgün deyil. Əsas odur ki, heykəl şəhərin ən gözəl guşələrindən biridir. Daha doğrusu Azərbaycan-Rusiya dostluğunun simvolu olub. O insanların üzündəki sevinci görmək ən böyük təltifdir. Qədimlərdən məlumdur ki, verən adam daha xoşbəxtdir, nəinki alan. Allah bizi belə yaradıb. Mən xoşbəxtlik hiss edirəm.
 
- Sizə diaspor fəaliyyətində mane olmaq istəyən qüvvələr varmı?
 
-  Əlbəttə var, amma onlarda heç nə alınmır. Dost olmayanları adbaad deməyəcəm. Onlara baş qoşmuruq. İt hürər, karvan keçər.
 
- Gələcəyə hansı planlarınız var?
 
- Biz illik fəaliyyətimizə əməl edirik- müntəzəm tədbirlər keçirik, bəzən ayda bir neçəsini. Hər birinə özünəməxsus formada, yeniliklərlə yanaşırıq, təkrara, cansıxıcılığa yol vermirik. Strateji hədəfimiz Azərbaycanla Ulyanovsk arasında iqtisadi-mədəni əməkdaşlıq haqqında birbaşa müqavilə imzalamaqdır.
 
- Islam Hüseynov oxucularımıza nə arzu edir?
 
Qoy həyatda hər bir adamın böyük, gözəl, xeyirxah məqsədi olsun. Belə məqsədlər bizi adilikdən çıxarır, böyük olmağa məcbur edir. Bə nəticədə dünya yaxşılığa doğru dəyişir.

Загрузка...
Загрузка...