Di Kaprionun gənc sevgilisi... - Fotolar

Hollivud ulduzu Leonardo Di Kaprio yenidən gənc model Nina Agdal ilə bir araya gəlib.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə ötən ilin may ayında görüntülənən məşhur cütlük Bahama adalarına istirahətə yollanıb.
 
Xüsusi bir adada tətil edən Di Kaprio və Nina bir-birilərinə yenidən şans vermək qərarına gəliblər.
 
Xatırladaq ki, “Viktoriya Sekret”in modeli olan Agdal daha əvvəl Adam Levine və model Reid Heidenry ilə sevgi yaşayıb.
 
41 yaşlı aktyorun adı isə Chelsey Weimar və Ela Kawalec kimi modellərlə hallanırdı.