Di Kaprio daha bir mükafat aldı

Amerikanın məşhur MTV Film Mükafatlarının qalibləri bəlli olub.
 Turaninfo.az Axar.az-a istinadən  xəbər verir ki, “Star Vors” seriyasının “Güc oyanır” filmi ilin ən yaxşı ekran əsəri seçilib. Ən yaxşı aktrisa mükafatını isə “Dəlisov Maks: Qəzəb yolu” filmindəki performansına görə Çarlz Teron alıb.
 Gecədə ən yaxşı aktyor mükafatına “Diriliş” filmindəki roluna görə Leonardo Di Kaprio layiq görülüb.