Dəhşətli zəlzələ gözlənilir. 140 milyondan çox adam öləcək

Geofiziklər dəhşətli zəlzələ proqnozlaşdırırlar. Proqnozlara görə, Banqladeşin demək olar ki, bütün əhalisi - 140 milyondan çox insan təbii fəlakətin qurbanı olacaq.
Turaninfo.az xarici mətbuata istinadən xəbər verir ki, Kolumbiya Universitetinin (ABŞ) apardığı tədqiqatının nəticələri “Nature Geoscience” jurnalında dərc edilib.
Alimlər proqnozlaşdırılan fəlakətin səbəbi kimi Birmanın altındakı Hind-Avstraliya tektonik plitəsinin enməsini göstərirlər. Bu dəhşətli zəlzələyə gətirib çıxaracaq. Tədqiqatın nəticələri göstərir ki, plitələrin enməsi yalnız materikdə deyil, həm də Hind okeanında baş verir.
Ən çox Banqladeş və Hindistanın şərqində yaşayan əhali təhlükədə olacaq. Ehtimal edilir ki, zəlzələnin episentri Banqladeşin paytaxtı Dəkkə şəhəri olacaq.
2004-cü ildə Hind-Avstraliya tektonik plitəsinin enməsi sualtı zəlzələ və sunamini yaradıb. Bir neçə saat ərzində Hindistan, İndoneziya, Tailand və Şri-lankada 230 mindən çox insan həlak olub.
Qeyd edək ki, hazırda Banqladeşdə 168 milyondan çox insan yaşayır.