Dəhşətli qəza baş vermişdi...

Taksiyə qadın oturdu, əlində böyük gül buketi,
paltarının ətəyini həyəcanlı bir şəkildə toplamağa
çalışırdı, həyəcanlı idi.
- Zəhmət olmasa bir az tez, gecikirəm!
- Yəqin ki, qonaqlıga gedirsiniz.
- Bəli, qızımın ad günüdür. Bu gün onun 25 yaşı tamam olur. O saat 15:00-da məni gözləyir.
Saat 14:40 idi.
- Onda tez gedək, gecikməmək üçün, ünvanı
deyin...
- Burda, uzaqda deyil, şimal qəbristanlığına, zəhmət
olmasa - dedi, sürücüyə kədər və göz yaşları ilə dolu gözlərlə baxdı.
O qadına baxdı, amma heç nə demədi. Qadın isə az
qala ağlayaraq danışmağa davam edirdi:
- Başa düşürsünüz, mənim qızım bir ay əvvəl məni
tək buraxdı, dünən isə mənə zəng edib deyir: "
Ana, əgər mənim üçün bu qədər darıxırsansa, günorta saat üçdə mənim yanıma gəl, oturarıq,
söhbət edərik"
Qadının sifətində titrək gülüş yarandı..
- O məni gözləyir!
Hava çox isti idi, hər yerdə tıxac var idi.
- Qorxuram ki, çatmayaq - deyə sürücü dilləndi. - Heç nə olmaz, burda yaxındadır, piyada gedərəm.
O cəld addımlarla çıxdı, qəbirstanlıq tərəfə yollandı
və döngədə gözdən itdi.
Maşınların hərəkəti bərpa olundu və taksist yoluna
davam etdi.
Həmin döngə tərəfə gedərkən sürücü, ona tanış olan gülləri yola səpilmiş vəziyyətdə gördü.
Dəhşətli qəza baş vermişdi, həmin qadın qəzada
ölmüşdü. Bircə külək onun saçlarını və əlində qalan
gülləri tərpədirdi.
Sürücü saata baxdı: 15:00 ...
O vaxtında çatmışdı...
 
Rahib KƏRİMLİ