​Dəhşətli hadisə: Bakıda yanlış xərçəng diaqnozu - Video


Azərbaycanda qarın boşluğundakı ağrılardan şikayətlənən 56 yaşlı bir qadına səhvən xərçəng diaqnozu qoyulub. Bunun üçün də bir sıra yoxlanışlardan keçən qadın hətta Türkiyəyə əməliyyata getməyə hazırlaşırmış. Son anda edilən müayinə zamanı isə məlum olub ki, ağrıların səbəbi xərçəng yox, ödündəki qurd imiş.
 
Həkim xəstənin öd yolunda olan qurdu bədxassəli şişə bənzədib xərçəng diaqnozu qoyub. 56 yaşlı xəstə Səidə Mehdiyeva ağrılar səbəbi ilə həkimə müraicət etdikdə onun öd yolunda bədxassəli şişin olduqu bildirilib.
 
Qadının öd yolunda aşkarlanan parazit insanlarda nadir hallarda görülsə də, müalicəsi üçün hər hansı əməliyyata yox, bir kurs müalicəyə ehtiyac var və həmin müalicə də uğurla həyata keçirilib. Həkimin sözlərinə görə isə dəqiqləşdirmədən xərçəng kimi ağır xəstəlik barədə pasientə və onun qohumlarına yanlış məlumat vermək onlarda pisixoloji sıxıntı yarada bilər. Bu hal isə digər xəstəliklərin yaranmasına yol açır.
 
Hüquqşünaslar bildirir ki, xəstəyə səhv diaqnozun qoyulması qanunvericilikdə cinayət tərkibli hal kimi nəzərdə tutulmayıb. Amma buna baxmayaraq, həkim səhvinə və bundan yaranacaq fəsadlara görə cavab verməlidir.
 
Qanunvericiliyə görə, yalnız həkimin səhv diaqnozu və müalicəsi nəticəsində xəstə dünyasını dəyişərsə, həkimə qarşı cinayət işi açıla və o, məsuliyyətə cəlb edilə bilər.