​Dəhşətli bayram bahalaşması: nazirin yarmarkası “qış yuxusu”nda - ÖZƏL

 
Ölkədə bayram bahalaşması da paralel olaraq getməkdədir. Bazarlarda qiymətlər kəllə-çarxa qalxıb; Əhali bayram bazarlığına hazırlaşsa da, qiymətlər od tutub yanır...
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi bayramqabağı yarmarkalar təşkil etmək yerinə tükünü də tərpətmir.
 
Əhalinin vəziyyətini nəzərə almayan KTN rəhbəri Heydər Əsədovun bayram tədarükü çoxdan hazırdır. Ona görə də naziri insanların ailələrinə bayram səbəti ilə necə gedəcəyi maraqlandırmır.
 
Qonşu ölkələrdə, əsasən də Türkiyədə bayram ərəfəsində bazarlarda ucuzlaşma olur, yarmarkalar təşkil olunur. KTN-nin isə könlündən belə bir fikir keçmir. H.Əsədov kommunal xərclərin bahalaşmasını nəzərə alaraq indidən yarmarkaların təşkilini tapşırmalıydı.
 
Çünki ərzaq məhsulları dəhşətli dərəcədə bahalaşır. Aztəminatlı ailələr, köçkünlər, minlərlə ailə bayramda evinə, uşağına bayram bazarlığı etməlidir, hədiyyə almalıdır.
 
Bu aralıqda H.Əsədov özünü təsdiqləyə bilməsə vəzifəsi ilə vidalaşa bilər. Söhbət ondan gedir ki, gömrükdə idxal rüsumlarının qaldırılması KTN rəhbərinə yeni fürsət verir.
 
Hazırda soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.
 
Bayram ərəfəsində yarmarkalar təşkil etməklə və ucuzluq yaratmaqla nazir özünü təsdiqləyə bilər. Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün Heydər Əsədovun aqrar sektorda, yerli məhsulların ucuz satışında hansı işlər görəcəyi gözlənilir.
 
Əslində, ölkəmizdə soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva yetişir, xaricdən idxal olunmasına da ehtiyac yoxdur.
 
Ancaq inhisarçılar bazara diktə etməyə başlayırlar və xarixi mallar əhaliyə sırınır. Bu da KTN şefinə imkan yaradır ki, iqtisadi böhranın ağır dövründə müsbət işlər həyata keçirsin.
 
Politika.Az xəbər verir ki, getdikcə durum çətinləşir, bazarlarda qiymətlər əl yandırır, vətəndaşların istehlak səbəti bahalaşır. Yada salaq ki Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev də naziri sərt ittiham etmişdi:
 
“Amma təəssüf ki, bü gün kənd təsərrüfatına cavabdeh olan insanlarla bir yana çıxa bilməyəcəyik. Əsasən kənd təsərrüfatı malları bahalaşıb, toyuq əti, yumurta, mal əti, kərə yağı, bitki yağı hamısı görünməmiş dərəcədə bahalaşıb.
 
Bunun səbəbi odur ki, Azərbaycanda aqrar sahəyə rəhbərlik edən şəxs bu sahədən başqa hər işi çox gözəl bilir. Yaxşı rüşvət almağı, millətin cibinə girməyi çox yüksək səviyyətə bacarır Heydər Əsədov”.
 
Bildirək ki, bir neçə ay əvvəl Heydər Əsədovun aldığı villanın fotosunu da təqdim etmişdik. Bakının “Milyonerlər Məhəlləsi” adlanan məkanda olan villanı Heydər Əsədovun 6 milyona aldığı bildirilirdi.

Загрузка...
Загрузка...