DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

 
Bursada dəhşətli qətl hadisəsi baş verib.
Turaninfo.org yerli mətbuata istinadən xəbər verir ki, ailə faciəsində 8 aylıq hamilə qadın bətnindəki körpə ilə birlikdə həyatını itirib. İkinci dəfə ailə quran İsmanperi A. ilk nikahdan olan uşaq üstündə həyat yoldaşı Nurettin A. ilə mübahisə edib. Özünə nəzarəti itirən İsmanperi bıçaqla həyat yoldaşını ayağından yüngülcə yaralayıb. Gözü dönən Nurettin bıçağı götürərək hamilə yoldaşına bir neçə zərbə vurub.
 
 
Səs-küyü eşidən qonşular dərhal polisə xəbər verib. Polis cinayətkarı hadisə yerində yaxalayıb. Yaralı qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bətnindəki körpə də oksigen çatışmazlığından ölüb.
Polis hadisəylə bağlı araşdırma aparır.
Pərviz

Загрузка...
Загрузка...