Dəhşət: 75 min uşaq acından ölmək təhlükəsi ilə üz-üzə

 
BMT  Nigeriyada 75 min uşağın aylar ərzində aclıqdan ölmə risqi ilə qarşı-qarşıya olduğunu açıqlayıb.
Avropa.info xəbər verir ki, BMT-nin etdiyi xəbərdarlıqda Nigeriyanın şimal-şərqində 14 milyon insanın təcili humanitar yardıma ehtiyacı olduğu bildirərkən, 75 min uşağın da aylar ərzində aclıqdan ölmə riski ilə üz-üzə olduğu qeyd edilib.
Təşkilatın humanitar yardım koordinatoru Peter Lundberq Nigeriyanın paytaxtı Abujada verdiyi bəyanatda ölkədəki humanitar böhranın  çox sürətli  bir şəkildə böyüdüyünü bildirib.
Qeyd edək ki, 2000-ci  illərin əvvəlindən Afrikanın ən böyük ölkəsi Nigeriyada vətəndaş müharibəsi başlayıb.