DGK: Yanvar-mart ayları ərzində 5,5 kq qızıl müsadirə olunub

2016-cı ilin birinci rübü ərzində qaçaqmalçılığa qarşı mübarizə tədbirləri gücləndirilib, 468,7 kiloqramı heroin olmaqla, ümumi çəkisi 474,6 kiloqram olan narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
 "APA-Economics" xəbər verir ki, bunu bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Komitə sədri deyib ki, hesabat dövründə gömrük qaydaları əleyhinə 2177 inzibati xəta faktı üzrə 92 hüquqi şəxs, 2088 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib və onlara qarşı 170 min manat cərimə tətbiq olunub.
"Valyuta tənzimi haqqında" qanunun və digər qanunvericilik aktlarının tələblərini pozan şəxslərdən 391 min ABŞ dolları, 27,5 milyon rus rublu, 133 min manat, 224 min manat dəyərində 5,5 kiloqramdan artıq qızıl aşkar olunub", - deyə A. Əliyev qeyd edib.