​Dəfn mərasiminə gələn 100 avtoritet saxlanıldı

 
Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Donetsk vilayətində kriminal avtoritetlərin kütləvi şəkildə saxlanılması üzrə böyük əməliyyat həyata keçirib.
 
Report xəbər verir ki, bu barədə bazar günü İdarənin mətbuat xidməti məlumat yayıb.
 
"UTX milli polislə birgə Svyatoqorsk rayonunda Ukrayna ərazisində qalmalarının qanuniliyini yoxlamaq məqsədi ilə "qanuni oğrular"dan birinin dəfn mərasiminə gələn 106 kriminal avtoriteti saxlayıb", - deyə məlumatda bildirilir.

 
Xüsusi xidmət orqanının məlumatına görə, saxlanılanlar arasında bir sıra ölkələrdən gəlmələr də var.