"Deyirlər ki, aparat belə göstərir" - Mingəçevirlilər su əlindən “qan ağlayır” - VİDEO - FOTO

Mingəçevirin Nəriman Nərimanov 36 ünvanında yaşayan sakinlər çaşqınlıq içərisindədir.
 
Turaninfo.org  ARB TV-yə istinadən xəbər verir ki, "Azərsu"nun əməkdaşlarının quraşdırdıqları mexaniki su sayğaclarındakı sərfiyyatla hesab fakturadakı göstəricilər üst-üstə düşmür. Sakinlərin sözlərinə görə, hesab fakturadakı göstəricilər istifadə etdikləri suyun real miqdarından çoxdur.
 
Şahid Nəbiyev - sakin: "Sayğacın üstündə 22 kub ola-ola gəlib üstümüzə yazıblar ki, 41 kub. Soruşanda ki, niyə belə eliyirsiz, deyirlər ki, aparat belə göstərir".
 
Su ilə bağlı problem bununla da bitmir. Sakinlərə verilən su da təmiz deyil. Təmiz sudan istifadə etmək üçün sakinlər müxtəlif vasitələrə əl atmağa məcbur olurlar.
 
Mingəçevir su kanal idarəsindən bildirildi ki, Mingəçevirdə mis proqramı tətbiq olunan şəhərlər sırasındadır. Əvvəllər su pulu adam sayına görə hesablanırdısa, indi istifadə olunan suyun məbləği ödənilir. İdarədən sakinlərə suyu israfla işlətmək məsləhət görülür. O da qeyd olundu ki, hazırda əhalinin 40 faizi yeni su təmizləyici qurğulardan gələn təmiz sudan istifadə edir. Gələn aydan isə bu sıraya qalan 60 faiz də qoşulacaq.

Загрузка...
Загрузка...