Devid Kameron: “Bunu demək türklərə təhqir olar”

“Türkiyənin təhlükəsiz bir ölkə olmadığını demək türklərə təhqir olar.” ANS PRESS-in məlumatına görə, bu sözləri İngiltərənin baş naziri Devid Kameron deyib.
İngiltərənin baş naziri Devid Kameron, Türkiyə ilə Avropa İttifaqı arasında əməkdaşlığın gücləndirilməsi və miqrant probleminin həlli üçün aparılan müzakirələrlə əlaqədar olaraq İngiltərə parlamenti İcmalar Palatası millət vəkillərinin suallarına cavab verib.
Beynəlxalq Aministiya Təşkilatının “Türkiyənin miqrantıar üçün etibarlı ölkə olmamasıı” barədə iddiaları gündəmə gətirilməsi ilə Kamerun bunun düzgün fikir olmadığını deyib.
Kameron, “Suriyalı 2.6 milyon qaçqına sığınacaq verən Türkiyənin etibarlı ölkə olmadığını söyləmək türklərə bir az təhqir olar.” – deyib.
Razılaşma əsasında Avropa İttifaqının Türkiyəyə verəcəyi 3 milyard avro barədə suala isə İngiltərə baş naziri bu pulun Türkiyəyə yox, Türkiyədə sığınacaq tapmış suriyalı qaçqınlar üçün xərclənəcəyini deyib.