​Devalvasiya panikası: Kasıbların vermeşil və makaronu da bahalaşdı - Təcili

 
 
Ölkədə ərzaq məhsullarının qiyməti durmadan bahalaşır
 
Politika.Az-ın əldə etdiyi son xəbərə görə, vermeşil, makaron və düyünün də qiymətində artım qeydə alınıb. Artıq respublikada bahalaşma panikası yaşanır.
 
Xalq hökumətin antiböhran tədbirləri keçirdiyini görmür. Əksinə, əhalinin əleyhinə olanlar qərarlar qəbul edilir. Mağazalarda və bazarlarda vermeşil, makaron, düyünün qiyməti dəyişib.
 
Aztəminatlı ailələrin və kasıbların gündəlik tələbatı olan bu məhsulların qiymətinin qalxması Azərbaycanın iqtisadi cəhətdən dərin bur uçuruma getdiyini xəbər verir.
 
Bu vəziyyət sosial gərginliyi artırır və insanları etirazlara sürükləyir. Belə gedişlə regionlarda, kəndlərdə və əyalətlərdə etirazların olacağı istisna olunmur.
 
Politika.Az-ın əldə etdiyi son xəbərə görə, Azərbaycan üçüncü devalvasiyanı rəsmən yaşamaqdadır.
 
Dolların bahalaşması və manatın ucuzlaşması, islahatların ləngliyi, monopoliyanın qalması vəziyyəti ağırlaşdırır.
 
Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır.
 
Nazirlər Kabineti xalqın əleyhinə qərarlar verməkdədir. Növbəti qərar isə ardınca daha böyük bahalaşmanın gətirəcəyinə anons idi. Söhbət isti suyun qiymətinin qalxmasından gedir.

Загрузка...
Загрузка...