Deputatlıqdan həzz alıb, çıxışını Zahid Oruca verən Hacı Madər kimdir? - Təfsilat

 
Musayev Madər Əliəsgər oğlu. Əslində, ilk baxışdan bu ad-soyad oxucuya heç nə demir. Amma Hacı Madər 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputat seçilib.
 
Politika.Az-ın məlumatına görə, onu parlamentin ən passiv deputatı hesab etmək olar. Hacı Madər Milli Məclisin iclaslarında da mütəmadi iştirak etmir. Ona növbətçi deputat da söyləmək mümkündür.
 
Çünki Binəqədinin millət vəkili Milli Məclisin iclaslarında darıxır. Ona parlamentdə gedən müzakirələr maraqlı gəlmir.
 
O baxımdan sessiyalarda, iclaslarda gedən qızın polemikalar, qanun layihələrinin müzakirəsinə qatılmır. M.Musayevi həmkarları da belə olmağa qəbul ediblər. Hacı Madər “ağzına su alıb oturan” deputatların siyahısında başda gedir.
 
Artıq spiker və vitse-spikerlər də onun xarakteri ilə barışıblar. Hacı Madərin müzakirələrə qoşulacağına və fikrini bildirməyə ehtiyac qalmayıb. Yalnız hər hansı qanun layihəsi qəbul edilərkən düyməni basmaq funksiyasını yerinə yetirir.
 
Politika.Az-ın məlumatına görə, Hacı Madər xaraktercə mülayim, cəmiyyətə açıq bir deputatdır. Hətta o dərəcədə səmimi insandır ki, Müstəqillik Aktına niyə imza atmadığını belə mediaya açıqlayıb.
 
Ancaq müstəqillikdən bu yana deputat olan M.Musayevin seçiciləri ondan çox narazıdır. Bildirirlər ki, nə problemləri ilə maraqlanır, nə seçiciləri qəbul edir, nə də parlamentdə onların məsələsini qaldırır.
 
Hacı Madərin biznes imkanlarının geniş olması onu başqa məsələləə vaxt ayırmağa qoymur. Bu da parlament rəhbərliyinə və ölkə prezidentinə, ümumilikdə xalqa qarşı biganəlik, saymazlıqdır.
 
Məlumatlara görə, Madər Musayevə məxsus marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb. Sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur.
 
Sadəcə, yaxın adamlarının adına sənədləşdirilib. Bir zamanlar Hacı Madər demişdi ki, deputatlıqdan həzz alır. Amma görünür ki, parlamentdə çox sıxılır. Hətta çıxış vaxtını həmkarlarına bəxşiş edir.
 
Qeyd edək ki, Madər Musayev "Favorit" marketlər şəbəkəsinin rəhbəridir. Seçicilər də M. Musayevin deputat fəaliyyətindən narazıdır.
 
Bu şəxs deputat mandatından ancaq öz biznesini genişləndirmək üçün yararlanıb. Hacı Madər hətta o qədər az danışandır ki, bir dəfə öz danışmaq hüququnu Zahid Oruca verib.