Deputatların əmlakına həbs qoyuldu

Azərbaycanda depozit portfelinin həcminə görə ölkənin ikinci bankı olan “Bank Standart”da ciddi problemlər yaranıb. Bank həm xarici kreditorlar, həm də əmanətçilər qarşısında öhdəliklərini icra edə bilmir. Bankın əksər flialları bağlanıb, kartlar üzrə əməliyyatlar dayandırılıb, kredit verilişi tamamilə mədudlaşdırılıb. Bank işçilrəinin əmək haqqları da son aylarda gecikdirilib və ya bir qismi ümumiyyətlə ödənilməyib. ”Bank Standart” aylardır ki, depozit sahiblərinə ödənişlər edə bilmir və bu səbəbdən əmanətçilərin ciddi təzyiqi ilə üzləşib. Vətəndaşlar əmanətlərini geri almaq üçün hər gün bankın əsas binasının qarşısına toplaşırlar. “Bank Standart” qaytarılmayan kreditlərin həcminə görə də banklar arasında “lider” mövqelərdən birini tutur.
Ötən ay Maliyyə Bazarlarına Nəzarət Palatası bu bankı nəzarətə götürərək ona inzibatçı təyin edib. Palatanın qərarı ilə kreditlərin verilməsi, depozitlərin qaytarılması də digər əməliyyatlar dayandırılıb. Qurumun tövsiyyəsi ilə bankın sağlamlaşdırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən 15 milyon manat ayrılıb. Artıq bu gündən bankda xırda əmanətləri olanlara ödənişlər edilməyə başlanıb. Eyni zamanda əməkdaşların maaşları verilir.
Ölkənin ən perspektivli bankı niyə bu vəziyyətə düşüb? Ötən il baş verən iki devalvasiya Azərbaycanın bank sektorunda ciddi problemlər yaradıb, problemli kreditlərin həcmini artırıb, eyni zamanda xarici borcları təxminən 100 faiz miqdarında yüksəldib. Əmanət sahibləri isə vəsaitlərini dollara çevirib, yaxud bankda çıxarıb. Paralel olaraq kreditlərin dayandırılması “Bank Standart”ı gəlirdən məhrum edib. Qeyd edək ki, təsvir olunan bu durum ölkənin əksər banklarında da mövcuddur.
Amma “Bank Standart”ı daha ağır vəziyyətə salan elit müştəriləri olub. Bu barədə saytımızı bilgiləndirən mötəbər mənbənin verdiyi məlumata görə, bank yüksək çinli məmurlara, deputatlara və onlara yaxın şirkətlərə milyonlarla dollar kreditlər verib. Bu çevrəyə verilən ipoteka kreditlərinin də miqyası hədsiz böyükdür. Neftin qiymətinin ucuzlaşmasından sonra yaranan maliyyə böhranı elit müştərilərlə bankı üz-üzə qoyub. Kreditlər qaytarılmır, bəzi məmurlar isə ümumiyyətlə ödəniş etmədiyinə görə bank tərəfindən məhkəməyə verilib. Mənbə bildirib ki, deputatlardan Xanhüseyn Kazımlı və Rəfael Cəbrayılovun əmlakına həbs qoyulub. Adıçəkilən millət vəkillərinin banka külli miqdarda borcu var, onların bankda girov olan əmlakı satışa çıxarılıb.
Xəbərdə daha sonra bildirlir ki, banka borcu olan yürsək vəzfə sahibləri, iş adamları ilə danışıqlar aparılır. Əgər yaxın müddətdə onlar borclarını ödəməsə, ölkədə Beynəlxaq Bank ətərafında cərəyan etmiş hadisələr təkrarlana bilər. Yəni, “Bank Standart” dövlətin nəzarətinə keçdikdən sonra borclu müştərilərin həbsinə start veriləcək. Xatırladaq ki, Beynəlxalq Bankdan kredit götürmüş yüzlərlə şəxs həbs olundu və onlara qarşı cinayət işi açıldı. Dünən maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında bidirdi ki, bu yolla bankın 400 milyon manat kreditinin geri qaytarılması təmin olunub…
Gununsesi.info