​"Deputatlar xalqa "tövsiyyələr" etməmişdən qabaq..."

 
Dünən Qarabağ müharibəsi əlili Firudin Məmmədov Moderator.az-a açıqlamasında millət vəkillərinin sayının azaldılması iə bağlı təklif irəli sürmüşdü
 
Tanınmış həkim, Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov moderator.az-a bu təkliflə bağlı danışıb.
 
“Boşu-boşuna təklif verməyin nə mənası var axı. Bu təklif onsuz da həyata keçməyəcək və yalan təklif olacaq. Onsuz da onlar seçiliblər və seçkili orqana bizim heç birimiz müdaxilə edə bilmərik. Deputat xalq tərəfindən seçilib, amma xalqın da ixtiyarı var ki, fəaliyyətsiz deputatı geri çəksin. Ona görə yaxşı olardı ki, həmin müharibə əlili xalqa müraciət eləsin. Xahiş eləsin ki, dövlət büdcəsinə qənaət etmək məqsədilə fəaliyyətsiz deputatlar geri çağırılsın”.
 
R.Mahmudov bəzi deputatların qənaət rejiminə keçməklə bağlı səsləndirdiyi fikirlərə də toxunub:
 
“Hər hansı bir məmurun, deputatın xalqa bahalaşmayla, qənaətciliklə bağlı “tövsiyyələr” verməsi lazımsız görünür. Onsuz da xalqın pulu olmayandan sonra məcburi şəkildə qənaət rejiminə keçəcək. Gündə bir çörək tapacaqsa, birini yeyəcək, iki tapanda ikisini. Deputatlar xalqa qənaətciliklə bağlı tövsiyyələr etməmişdən qabaq özləri haqqın tərəfini tutsunlar. Düz, ədalətli yol seçib, millətə üzlərini çevirsinlər və milləti həmin düz yolla aparsınlar. Belə getsə, millətimiz çox əziyyət çəkəcək”.

Загрузка...
Загрузка...