​Deputatlar icra başçıların müdafiəsinə qalxdılar - "Ədalətsiz yanaşma var "

 
Deputatlar büdəcədən icra hakimiyyətlərinə ayrılan vəsaitin kəsilməsinə sərt təpki göstəriblər. Hökumətin 2017-ci ilin dövlət büdcəsində 33 rayona ayrılacaq dövlət dotasiyasının kəsilməsi və özləri-özlərinin büdcəsini foralaşdırması deputatların ciddi etirazına səbəb olub
 
Politika.Az xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə rayonlara ayrılan dotasiyanın kəsilməsinə sərt reaksiya verərk bildirib ki, hökumət belə bir addım atmamışdan öncə gərək həmən rayonlarda büdcənin hansı mənbələr hesabına doldurulacağını müəyyən etməli idi: “Bu gəlir mənbələri müəyyən edilmədən onlara ayrılan vəsaitin kəsilməsi düzgün deyil. Ümumiyyətlə bu bizim strateji xəttimizə zidd məsələdir”. Komitə sədri deyib ki, bunu başqa rayonlar haqqında olmasa da, təmsil etdiym Neftçala rayonu haqqında deyə bilərəm: “Bu rayon hansı mənbələr hesabına öz büdcəsini formalaşdıracaq. Bu nəyin hesabına olacaq? Hökumət bunu müəyyənləşdiribmi? Axı bu rayonun gəlir mənbəyi artmayıb ki, özü–özünü dolandırsın və ya büdcəsini formalaşdırsın. Bu rayonun ərazisində Yod-Brom zavodu, neft hasil edən və digər təşkilatlar var. Qoy onda, bu təşkilatlar öz gəlirlərini rayon büdcəsinə köçürsünlər. Bunu birdən- birə etmək mümkün olmasa da, mərhələli qaydada etmək olar. Ondan sonra belə addımlar ataq. Bu məsələlər həll olunmadan, belə addımları atmaqla özümüzü aldatmış oluruq. Bu düzgün hal deyil”- deyə, A.Rəhimzadə bildirib.
 
Millət vəkili Tahir Kərimli də rayonlara ayrılan büdcə vəsaitinin kəsilməsinə etiraz edərək bildirib ki, biz bir yandan yerli icra hakimiyyətlərindən iş tələb edirik, digər tərəfdən də onlara ayrılan vəsaiti kəsirik: “Axı xalqla birbaşa işləyən onlardır. Əksinə biz onlara dəstək olmalıyıq”.
 
Millət vəkili Fəzail Ağamalı da belə bir addımın atılmasında ədalətsizliyə yol verildiyini dilə gətirib: “Burada bir ədalətsizlik prinsipi var. Məsələn hamı bilir ki, Şəmkir Azərbaycanın ən varlı rayonlarından biridir. Bu rayonun ərazisində yetərincə müəssisələr var. Ancaq bu rayona dövlət büdcəsində vəsait ayrılması nəzərdə tutulur, Salyan rayonuna isə yox. Axı Salaynla Şəmkiri müqayisə etmək düz deyil. Salyanın nəyi var ki? Elə təşkilatlar da yoxdur… Bu rayon düzəngah, ərazilərinin bir hissəsi cəhənnəmi xatırladır. Hesab edirəm ki, burada ədalətsiz yanaşma var və bu ədalətsizlik aradan qaldırılamlıdır”.

Загрузка...
Загрузка...