​Deputatdan sərt ittiham: “Bu qədər pul hara gedir?!”

 
“Sədərək” Ticarət Mərkəzinə girəndə 30 dəqiqə belə maşını park etsən yenə də səndən pul alınır. Axı gün ərzində alınan bu qədər pul hara gedir?! ”
 
Bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında deyib.
 
Deputat İnzibati Xətalar Məcəlləsinə maşınların parklanması ilə bağlı təklif olunan dəyişiklərə münasibət bildirərkən deyib ki, “Sədərək” Ticarət Mərkəzində maşınların parklanmasından alınan pullar dövlət büdcəsinə getmir:
 
“O pullar dövlətin büdcəsinə gedir ? Əlbəttə ki, mən bilirəm ki, o pullar dövlətin büdcəsinə getmir. Mən “Sədərək” Ticarət Mərkəzini misal üçün çəkdim. Bu gün Bakı şəhərində çoxlu sayda belə qanunsuz park edtmə məntəqələri var.
 
Biz bu məsələyə ciddi yanaşmalıyıq. Həmin formada parklanmadan hər gün kifayət qədər gəlir əldə edənlərin pulları, vergiləri dövlət büdcəsindən niyə yayınsın ki?!”

Загрузка...
Загрузка...