Deputatdan hökumətə: "Son 3 ildə çəkdiyimiz əziyyətləri heç zaman çəkməmişik"

 
 
Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki büdcə müzakirələrində parlamentin işlər idarəsinin müdiri Firudin Hacıyevin fikirlərini müdafiə etməklə yanaşı, işlər idarəsinin müdirinə sual verdi.
 
“Prezident Administrasiyasının saxlanmasına 94 milyarddan artıq, yəni MM-in xərclərindən 4 dəfə artıq vəsait ayrılması nəzərdə tutlub. Mən bilmək istəyirəm, bu, orada ştat sayına görədir, yoxsa Prezident Administrasiyasının əməkdaşları daha çox xaricə gedirlər? 4 dəfə fərqin olması mənim üçün təəccüblüdür. Ona görə aydınlıq gətirilməsini xahiş edirəm”-deyə, deputat bildirdi.
 
Deputat Siyavuş Novruzov da parlamentə vəsaitin artırılması ilə bağlı səslənən təklifləri dəstəklədi: “Milli Məclisin işləri yalnız planlaşdırılmış işlər olmur. Ona görə də əlavə vəsait ayrılsın, artıq qalacaqsa, geri qaytarılar. Neçə il üzv olduğumuz Avropa Şurasında geriyə dönüş başlanıb. Ona görə də belə tədbirlərə Milli Məclisin üzvləri ezam olunmalıdır. Bunun üçün də əlavə vəsait tələb olunur”.
 
S.Novruzov parlamentdə çalışan işçilərin əmək haqqının artırılmasını da təklif etdi: “İmkan olsa, onların əmək haqqının artırılmasına dəstək versək, çox yaxşı olar”.
 
Deputat Musa Quliey parlamentin fəaliyyətinin gücləndirilməsi üçün ezamiyyə xərclərinin artırılmasını vacib hesab etdi: “Büdcəni biz təsdiq edirik, büdcəyə biz nəzarət edirik. Xahiş edirik, hökumət də bu məsələləri nəzərə alsın. Açıq deyirəm, son 3 ildə çəkdiyimiz əziyyətləri heç zaman çəkməmişik. Oraya gəzməyə getmirik ki, erməni lobbisinin təbliğatına cavab vermək üçün gedirik”.
 
M.Quliyev dedi ki, bu xərclər də dollar, ya avro ilə hesablanmalıdır: “Manatla hesablayırlar, baxırsan ki, inflyasiya nəticəsində 30 faiz az vəsait var. İllərdir biz dostluq qrupları çərçivəsində heç yerə gedə və bura gələnləri layiqincə qarşılaya bilmirik”.
 
M.Quliyev maşını olmayan deputatların rayonlara ezamiyyətlərə gedərkən çətinlik çəkdiyini bildirdi.
 
Deputat Fərəc Quliyev isə hökuməti Milli Məclisin ehtiyat fondunun yaratmağa çağırdı.

Загрузка...
Загрузка...