Deputat özünə yeni milyonluq biznes qurur - Sağlamlıq mərkəzi tikdirir.

Baxış sayı: 
89
0  
0  

96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanov Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmək istəyir.
Turaninfo.org  xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyəti Mahir Aslanova müalicə-sağlamlıq mərkəzi (MSM) tikmək üçün artıq icazə verib.

Bildirilir ki, Milli Məclisin deputatı Mahir Aslanov Naftalan (Şirvan prospekti, 4C) ərazisində 0.83 hektar torpaq sahəsinə malikdir və orada iki korpusdan ibarət 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzi tikəcək.

Məlumata görə, müalicə-sağlamlıq mərkəzinin layihəsini “Arxdizayn MS” hazırlayıb.

Загрузка...
Загрузка...