​Deputat məclis iclası zamanı erotik şəkillərə baxır... - FOTO

Baxış sayı: 
166
0  
0  

 
 
Deputatın parlament iclasında nəinki çıxışları dinləmədiyi, üstəlik, erotik fotolara baxdığı bəlli oldu.
 
Moderator.az yazır ki, söhbət Ermənistan Xalq Məclisinin üzvü Artaşes Qeqamyandan gedir. Bu, Ermənistan agentliklərindən birinin dərc etdiyi fotodan bəlli olub. Erməni parlamentinin başlanmış sessiyasının ilk iclasında  Ermənistan Respublika Partiyası fraksiyasının üzvü, “Milli birlik” partiyasının lideri olan deputat A.Qeqamyan qarşısındakı kompüterdə  Anatoli Sobçak, Alen Delon haqda materiallarla yanaşı, tanınmış rus balerinası Anastasiya Voloçkovanın yeni yarımçılpaq şəkillərinə də baxıb...
 
 
Xatırladaq ki,  sözügedən erməni siyasətçi 2014-cü ilin iyununda  Azərbaycan paytaxtında olub. Artaşes Qeqamyan ATƏT Parlament Assambleyasının Bakıda keçirilmiş iyirmi üçüncü illik sessiyası çərçivəsində qurumun siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclasında həyasızcasına  Dağlıq Qarabağın “müstəqil dövlət” və İrəvanın Ermənistanın “tarixi torpağı” olması ilə bağlı əsassız iddialarla çıxış etmiş, Milli Məclis sədrinin müavini Bahar Muradova isə erməni deputatın bu əsassız iddilarına tutarlı cavab vermişdi...
 
P.S. Bizim parlamentdə belə hallar baş vermir.
 
Sultan Laçın

Загрузка...
Загрузка...