​"Deputat maaşı ilə dolana bilmirəm" - millət vəkili Vahid Əhmədov / VİDEO

 
 
Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.
 
Onun sözlərinə görə, deputat maaşı 2 min 200 manatdır və hazırkı vəziyyətdə o maaşla dolanmaq çətindir:
 
"Gəlirlərimlə xərcimi həmişə hesablamağı bacaran insanam. Bədxərc insan deyiləm. Çalışıram ki, müəyyən qədər problemlərimi həll edə bilim".
 
Qeyd edək ki, Sonxeber.az saytının "Özündən soruş" rubrikasının növbəti qonağı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovdur. V.Əhmədovla müsahibəni tezliklə təqdim edəcəyik.