Deputat həmkarlarını “qoyun” adlandırdı

 
Ali Radanın deputatı Nadejda Savçenko bu gün birbaşa tribunadan həmkarlarını buynuzları sındırılmış qoyun adlandırıb.
 
Turaninfo.az Ukrayna KİV-nə istinadən bildirir ki, o, Savçenko qanunu adlanan layihəyə düzəlişləri qəbul etməyə parlamentin qadir olmadığını şərh edərkən belə deyib.
“Siz siyasi alver edirsiniz və adamlara bir daha sübut edirsiniz ki, qoyunlarsınız. Sözün əsil mənasında isə hamımız qoyunuq. Təəssüf ki, mənim həbsxanada bu qanun üzərində işləməyə vaxtım olmayıb”, – o, söyləyib.
“Savçenko qanunu”nda qeyd edilir ki, istintaq təcridxanasında bir gün oturmaq hökm çıxarılandan sonra iki gün azadlıqdan məhrumetmə kimi hesablanmalıdır. Onun qəbulunun təşəbbüsçüsü Donbasda öldürülən jurnalistə görə Rusiyada həbsxanada oturaran Savçenko özü olub.
Lakin nəticədə belə məlum olub ki, qanun səviyyəli hazırlanmayıb və ağır cinayət törədənlərin də amnistisiyasına imkan verəcək. Bu gün qəbul olunacaq düzəlişlər bu situasiyanı düzəltməyə imkan verirdi. Çünki indiki halda layihədə sadalanan qaydanın yalnız yüngül cinayətlərə şamil olunması öz əksini tapıb.

Загрузка...
Загрузка...