Depressiyadan qurtulmaq üçün vitaminlər – Vacib yazı

Baxış sayı: 
246
0  
0  

 
Depressiya başqa təhlükəli xəstəliklər kimi insanların maariflənməsi baxımından aktual mövzulardan biridir.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, depressiya xəstəliyə düçar olan şəxslərin bütün hormonal sistemlərinə təsir edir və bədən funksiyalarında pozulmalara səbəb olur.
Onun qarşısını almaq üçün isə maqnezium, B qrupu vitaminləri, D vitamini, fol turşusu və C vitaminindən istifadənin zəruri olduğu bildirilir. Maqneziumun ən yaxşı qaynaqlarına yağlı toxumlar, quru paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər, şokolad və kakao aiddir.
 
B qrup vitaminlərin qaynaqları isə çörəkdən, yağlı toxumlardan, quru paxlalılardan və tam taxıl dənələrindən təşkil olunduğu bildirilir. Qidalara toyuq, balıq və yumurta sarısının aid olduğu da məlumatlarda öz əksini tapıb.
 
Eyni zamanda heyvani qidalarda olan B12 vitaminin qidalanma proqramında olması əhəmiyyətli hesab olunur ki, günəşə məruz qalma dərəcəsi ilə serotonin hormonu (xoşbəxtlik hormonu) səviyyələri arasında müsbət əlaqə var.
 
D vitamininin aşağı səviyyəsi isə xroniki yorğunluğa, nəticədə depressiyaya yol aça bilər.
 
Bəzi araşdırmalar depressiyanın omeqa-3 səviyyəsi ilə əlaqəli olduğu göstərilir. Depresiyalı şəxslərdə omeqa-3 yağ turşusunun səviyyəsi aşağı olduğu aşkarlanıb. Bu səbəbdən yağlı balıqlardan istifadə zəruriridir.
 
Müəllif: Şəfiqə

Загрузка...
Загрузка...