Demokratiya mitinqində yemək paylayan iş adamı da FETÖ-cu çıxdı — VİDEO

 
Türkiyədə 15 iyul tarixində baş vermiş dövlət çevrilişinə cəhddən sonra prezident Ərdoğanın çağırışı ilə ölkənin bütün böyük şəhərlərində "demokratiya növbəsi" mitinqləri başladı.
 
Ölkə.Az xəbər verir ki, bir aya yaxın davam edən mitinqlər zamanı iştirakçılara yemək paylayan "İnanlar Holdinq" şirkətinin rəhbəri Sərdar İnan FETÖ cinayət işi çərçivəsində həbs edilərək İstanbil polis idarəsinə gətirilib.
 
İfadəsinin saatlarla sürdüyü bildirilən iş adamının hələ də terrorla mübarizə şöbəsində olduğu deyilir.
 
Xatırladırıq ki, İnan ailəsi Türkiyənin ən varlı ailələrindən biridir. Onların şirkəti başda inşaat sektoru olmaqla bir çox sahələrdə fəaliyyət göstərir. Türkiyədə ən böyük inşaat şirkətlərindən sayılan Fi Yapı şirkəti də məhz "İnanlar Holdinq"in törəmə şirkətidir və rəhbəri də Sərdar İnanın qardaşı Fikrət İnandır.