“Dedim ki, dünya dağılmasa...” -Batalyon komandirinin həyat yoldaşından memuar

Baxış sayı: 
166

 
 
Bu gün “Bərdə Özünümüdafiə Balayonu”nun komandiri mərhum Polkovnik Elçin Əliyevin doğum günüdür.
 
Elçin Əliyev 1958-ci ildə Bərdə şəhərində anadan olub. Qarabağ müharibəsi zamanı Bərdə batalyonunu yaradaraq ermənilərə qarşı vuruşub. Döyüşlər zamanı ağır yaralanan komandir 2014-cü il fevralın 23-də dünyasını dəyişib. O, doğulduğu Bərdə rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib. Moderator.az-a açıqlama verən komandirin həyat yoldaşı İlahə xanım artıq dördüncü doğum gününü komandir olmadan qeyd etdiklərini deyir:
 
“Elçinin ölümündən dörd il ötür. Onun bu gün doğum günüdür. Elçin heç vaxt doğum gününü təmtəraqlı keçirmirdi. 2012-ci ildə dekabrın 21-i günü dünyanın dağılacağı xəbəri yayılmışdı. Həmin gün qızım qorxusundan səhərə qədər yatmadı. Elçin dedi ki, bu gün mənim doğum günümdü, dünya dağılmaz. Dedim ki, Elçin, dünya dağılmasa sənə özüm doğum günü keçirəcəm. Doğrudan da səhəri gün gedib bazarlıq etdim və ona çox yaxşı doğum günü keçirdik. İndi onun hər doğum günündə bu hadisəni xatırlayıram. Onsuz çox çətindi...”

Загрузка...
Загрузка...