Daxili İşlər Nazirinə oğurluqla bağlı müraciət

Baxış sayı: 
196

Hörmətli oxucular, Turaninfo.org olaraq redaksiyamıza İmişli rayon sakini Salayeva Cavahir Sovet qızı tərəfindən DİN Ramil Usubova müraciət etsə də, şikayətçi öz müraciətini bizim sayt vasitəsi ilə edib. Həmin müraciəti olduğu kimi veririk.
 
Azərbaycan Respublikasının Daxili İşlər Naziri
Ramil Usubov cənablarına
 
İmişli şəhər sakini, S.Vurğun küçəsi ev 15 saylı ünvanda
  yaşayan Salayeva Cavahir Sovet qızı tərəfindən
 
ƏRİZƏ
 
Çox hörmətli R.Usubov cənabları!
 
 
Bildirirəm ki, sizə dəfələrlə yazmış və şikayətimi bildirmişəm, buna baxmayaraq, Sizin rəhbərlik etdiyiniz təşkilatdan heç bir cavab almamışam. Yenə sizə müraciət edirəm və bildirirəm ki, mən göstərilən ünvanda yaşayıram. Ailəmdən boşanmışam, tək qadınam, bir qız övladım var. O, da məktəblidir. Hal-hazırda 10-cu sinifdə oxuyur,mən isə  işləyirəm.
 
Qeyd edim ki, 2016-cı ilin oktyabrın 11-də saat 11:00 – 12:00 radələrində, mən işdə olanda evim qarət olunub. Min əziyyətlə aldığım mənə məxsus 2(iki) sep, 1(bir) üzük, 1(bir) qolbağımı oğrular aparıblar. Həmin dövrdən indiyə kimi qızıl əşyalarım hələ də tapılmayıb. İmişli rayon Polis şöbəsinə dəfələrlə müraciət etmişəm, lakin polis əməkdaşları mənim işimlə maraqlanmır, məni məlumatlandırmırlar və mənim işimə biganə yanaşırlar. Dəfələrlə rəisin, müavinin, müstəntiqin qəbuluna girmişəm, mənə dedikləri söz isə hər dəfə eyni məzmunlu olur “araşdırma aparılır” və ya “bir şey olsa sizə məlumat verəcəyik”. Cinayət işinə biganə yanaşırlar, mənim işimə baxmaq istəmirlər və ya nəsə maddi maraqları var.  Bu bir ildə heç bir nəticə əldə etmirlərsə, vətəndaşın müraciətinə baxmırlarsa, nə işlə məşğul olurlar bəs? Bütün cinayətkarlar tapılır, nədənsə, mənim iki cüt qızılımı oğurlayan dələduzlar tapılmır, çox maraqlı bir işdir.
 
Sonuncu ümid yerim Sizlər oldunuz. Sizə müraciət etdim, Sizlər də mənim müraciətimi cavabsız qoydunuz.
 
Odur ki, Sizdən bir daha xahiş edirəm ki, mənə məxsus əşyalarımın tapılması və mənə verilməsi üçün lazım olan köməkliyi edəsiniz və İmişli rayon Polis şöbəsinə göstəriş verəsiniz.
 
Əvvəlcədən öz adımdan Sizə dərin  təşəkkürümü bildirirəm!
 
İmza:  Salayeva Cavahir Sovet qızı.
 
22.11.2017                              
 

Загрузка...
Загрузка...