Davudoğlunu Konyada böyük izdihamla qarşıladılar - Foto

Türkiyə baş naziri Əhməd Davudoğlu bu gün özəl təyyarə ilə doğulduğu Konya şəhərinə gedib.
Avropa.info xəbər verir ki, keçən gün AKP qurultayında namizəd olmayacağını açıqlayan Davudoğlunu yerliləri böyük izdihamla qarşılayıb. Mindiyi partiya avtobusundan vətəndaşları salamlayan Davudoğlu vətəndaşları salamalayaraq, “Sağ olun, var olun cüməniz mübarək olsun, Allah birliyimizi-bərabərliyimizi daimi etsin” – deyib.
Davudoğlunu Konyaya Ankara valisi Mehmet Kılıçlar və Ankara baş polisi rəisi Mahmut Karaaslan və digər rəsmi şəxslər yola salıb.
Baş nazirlər birlikdə müavini Lütfi Elvan da Konyaya gedib. 6-7 mart tarixlərində isə Davudoğlu Bosniya-Herseqovinanı ziyarət edəcək.