Davudoğludan vida: “Son nəfəsimə qədər...”

Biz vəzifəyə, kreslolara vida edirik, lakin əhdimizə və prinsiplərimizə sadiq qalacağıq və bundan dönməyəcəyik.
 Axar.az xəbər verir ki, bu sözləri Əhməd Davudoğlu AKP-nin qurultayında vida çıxışında deyib.
 O, bundan sonra da ölkəsinə xidmət edəcəyini bildirib:
 “Bütün mübarizə yoldaşlarımı salamlayıram. Baş nazir olduğum dövrdə ölkəmin və millətimin hüquqlarını qorudum. Sizlərlə birgə çox uğurlara imza atdıq. Partiyamızı və birliyimizi gücləndirdik. Son nəfəsimə qədər buna sadiq qalacam. Bu müddət ərzində xaos yaratmağa çalışanlara heç bir imkan vermədik. Seçkidən əvvəl millətimizə verdiyimiz sözləri tutduq. PKK, İŞİD və DHKP-C kimi terror təşkilatları ilə uğurlu mübarizə apardıq. Mübarizəmizin qətiyyətlə davam edəcəyinə heç kim şübhə etməsin. Biz vəzifəyə, kreslolara vida edirik, lakin əhdimizə və prinsiplərimizə sadiq qalacağıq və bundan dönməyəcəyik. AKP bir qrupun yox, Türkiyənin partiyasıdır. Sizdən yeganə tələbim haqqınızı halal etməyinizdir. İstəmədən də olsa, qəlbini qırdığım insanlardan haqqını halal etməsini istəyirəm. Bundan sonra da xidmətə davam edəcəyəm”.