Davudoğludan İraqın baş naziri İbadiyə sərt ittihamlar – “Çaqqallar kimi…”

 
Türkiyənin keçmiş  baş naziri  Əhməd  Davudoğlu türk əsgərinin Başikadan çıxmasını  istəyən İraq baş naziri Heydər əl İbadiyə  sərt cavab verib.
 
Avropa.info xəbər verir ki, Davudoğlu  Başkikaya  türk əsgərinin yerləşdirilməsinin özünün baş nazirliyi dönəmində İraqın baş naziri Heydər İbadinin xahişi əsasında baş tutduğunu deyib.
 
“Türkiyə ilə İraq hər zaman dost və qardaş olub. İraq baş naziri İbadininin 2014-cü ilin dekabrında Türkiyə səfəri  zamanı birgə qərarlar vermişik və bunu Ankaradan bütün dünyaya bəyan etmişik. Daha sonrakı təmaslarımızda Başikada baza məsələsində  razılığa gəlmişik.
Buradan İbadiye müraciət edirəm. Türkiyəni təhdid etməyə heç vaxt çalışma. Başikada albayrağı dalğalandıran Türk Silahlı Qüvvələrini salamlayıram. Mosul, Kərkük, Ərbil və Süleymaniyyəni salamlayıram. Kim ki,  ordumuzun  zəiflədiyi  qənaətinə gəlib , çaqqallar kimi Türkiyə üzərinə hücuma keçmək istəyəcəksə,  qarşısında aslan kimi qorxmaz, əzilməyən millət görəcək” deyə Davudoğlu qeyd edib.