Davudoğlu: Məhkəmə prosesini yaxından izləyəcəyik

"Bu məhkəmə prosesini yaxından izləyəcəyik. İnsanlıq üçün üz qarası olan bu şəxs gün üzü görməyəcək".
 Axar.az türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu Qaramandakı Ensar Vəqfində işləyən M.B adlı müəllimin uşaqlara təcavüz etməsi haqda danışarkən deyib. Baş nazir cinayətkarın ən ağır cəza alacağını bildirib:
 “Kim bir uşağa əl uzadırsa, o, bəşər tarixinin ən murdar məxluqudur. Bu ölkədəki hər uşaq bizə əmanətdir. Heç bir uşağın bu cür vəhşi qatilin əlində çarəsiz qalmasına izn verməyəcəyik. Əgər öz övladımızı hansısa vətəndaşımızın övladından ayırırıqsa, daha çox seviriksə, bu gözlər bizə haram olsun. Həmin cinayətkar ağır şəkildə cəzalanacaq”.
 Əhməd Davudoğlu həmçinin ölkədəki bəzi müxalif qüvvələri terrorçuların provokasiyalarına uymaqda ittiham edib: “Bu sualı xüsusilə Kılıçdaroğluna verirəm: Sizin siyasətiniz, çıxışlarınız terrorçuların maraqlarına xidmət edir, yoxsa ölkəmizin bu vəziyyətdən çıxmasına? Siz terrorçuların yanındasınız, ya millətimizin?”