Davudoğlu 15-ci dəfə Qətərə səfər edəcək - baş nazir kimi ilk dəfə

Türkiyənin baş naziri Əhməd Davudoğlu xarici işlər naziri olaraq 15 dəfə səfərdə olduğu Qətərə ilk dəfə baş nazir kimi səfər edəcək.
Avropa.info xəbər verir ki, Davudoğlunun baş nazir kimi səfər edəcəyi Qətərdə dövlət rəsmiləri ilə bir çox mövzuları müzakirə edəcəyi bildirilir.
Səfər zamanı iki ölkə münasibətlərindəki mövcud vəziyyətin davam etdirilməsindən başqa əməkdaşlığın müxtəlif aspektlərinin də nəzərdən keçirilməsi, siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə daha da yüksək səviyyəyə çıxarılması imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur.
Xarici işlər naziri işlədiyi dövrdə 15 dəfə bu ölkədə səfərdə olan Davudoğlunun bu dəfəki səfərini baş nazir kimi etməsi də xüsusi əhəmiyyət daşıyır.
Nazirlər Kabinetindən verilən açıqlamada dərin tarixi əlaqələrə sahib iki ölkənin əlaqələrinin, son illərdə daha da möhkəmləndiyi bildirilir.