Daşınmaz əmlak bazarında aktivlik 13% azalıb

 
Bu ilin 9 ayında Azərbaycanda 126 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında aktivlik 13% azalıb, deyə Əmlak Məsələləri Dövlət Komitəsində bildiriblər.
 
Bu il ilkin daşınmaz əmlak bazarının payı 36 min obyekt olub. Bu, 2015-ci ilin eyni dövründəkindən 28% çoxdur. Təkrar bazarda 90 min obyekt alqı-satqı predmeti olub. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 24% azdır.
 
Ekspertlər qeyd edir ki, iqtisadi böhran daşınmaz əmlak bazarına da təsir edir. Daşınmaz əmlakın qiyməti sabit deyil, azalmaya meyllidir. Ona görə investorlar təmkinli davranır. Bu tendensiya 2015-ci ildən davam edir. Ötən ilin ilk 3 rübündə daşınmaz əmlak bazarında aktivlik 3,7% azalmışdı.